2 avqust 2012 17:03

Aygün Kazımovadan dəstək (VİDEO)

Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımovanın bu il ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında ev sahibi ölkə olaraq yarışlara qatılmağa haqq qazanmış U-17 milli yığmamızın qızlarına dəstək məqsədi ilə ifa etdiyi “Futbol” mahnısı artıq radiodalğalarda dinləyicilərə təqdim edilir. Azerisport.az xəbər verir ki, sözləri Namiq Qaraçuxurlu, musiqisi isə Aygün Kazımovaya məxsus mahnı artıq ölkənin radio dalğalarında yayımlanmağa başlayıb.
 
Avqust ayının ikinci yarısından etibarən isə “Futbol” mahnısının videoklipi bütün yerli televiziya kanallarında yayımlanacaq. A.Kazımova layihə təşəbbüsünün əsas məqsədinin çempionatda mübarizə aparacaq qızlarımıza dəstək olduğunu vurğulayıb. Aygün xanım “Keçmiş qadın idmançı kimi azarkeşlərin və bütün xalqın dəstəyinin oyunçuya təsirini, onun qələbəyə köklənməsində necə rolu olduğunu bilirəm. Bu səbəbdən ifamın, həm qızlarımıza, həm də bütün idmançılarımıza motivasiyaedici qatqısı olacağını düşünürəm” deyə bildirib.
 
Eksklüziv olaraq ilk dəfə 6 iyul tarixində Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunan “Futbol” mahnısı Azərbaycan hitparatlarında ilk 10-luğa daxil olmağa real namizəddir. Xalq artisti mahnının sözlərində əks olunduğu kimi  “Futbol”un qızlarımıza uğur gətirəcəyinə ümid edir və 17 yaşadək qızlardan ibarət millimizin ilk addımlarının məhz dünya çempionatı zamanı atilacağının çöx sevindirici bir hal olduğunu vurğulayıb. Estrada ulduzu eyni zamanda bildirib ki, gənc komandamızın bu mühüm beynəlxalq tədbirdə iştirakının özü böyuk bir nailiyyətdir və inamla qeyd edib  ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz millimizə dəstəyini  əsirgəməyəcək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.