2 avqust 2012 17:33
Simruq daha 3 futbolçu ilə müqavilə bağladı
“Simurq” heyətini 3 gənc futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Nicat Qurbanov, Mehman Məmmədov və Murad Səttarlı ilə rəsmi müqavilə imzalayıb. Onlar mövsümün sonuna qədər komandanın şərəfini qoruyacaq.
“Neftçi”dən icarə əsasında heyətə qatılan 20 yaşlı yarımmüdafiəçi Qurbanov “Simurq”da 19 nömrəli formanı geyinəcək. Xatırladaq ki, gənc futbolçu ötən mövsüm də bu komandanın uğurları üçün mübarizə aparıb.
Bu gün rəsmi müqaviləyə imza atan Murad Səttarlı isə “Qarabağ”dan icarə əsasında transfer edilib. Ötən mövsüm “Sumqayıt”da çıxış edən gənc yarımmüdafiəçi “Simurq”da 21 nömrəli forma ilə mübarizə aparacaq.
“Sarı-qaralar”la bir illik müqavilə imzalayan Mehman Məmmədovun isə son komandası “Kəpəz” olub. O “Simurq”un heyətində 24 nömrəli forma ilə çıxış edəcək.
