2 avqust 2012 17:46
Cavid Hüseynov oynamadı, komandası qələbə qazandı
Cavid Hüseynovun çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, adanalıların rəqibi “Bucaspor” olub.
Oyun 3:2 hesabı ilə “Adana Dəmirspor”un xeyrinə başa çatıb. Cavid Hüseynov bu oyunda meydana çıxmayıb. “Adana Dəmirspor”un baş məşqçisinin ona şans verməməsinin dəqiq səbəbi bilinmir.
