2 avqust 2012 18:08
“Neftçini bu hesabla məğlub edəcəyimizi gözləmirdik”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) müdafiəçisi Elyad Qabay UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz “Neftçi” ilə oyunda bu hesabla qalib gələcəyimizi gözləmirdik. Rəqibi və onun gücünü tanıyırdıq. Amma hamımız şadıq ki, belə inamlı qələbəyə imza atdıq. Amma bir həftə sonra Azərbaycanda cavab oyunu da var. “Neftçi” ev oyunlarında daha yaxşı oyunu ilə tanınır. Doğma meydanda onları böyük azarkeş ordusu dəstəkləyəcək. Buna baxmayaraq, mən uğurlu oyun sərgiləyib, mərhələ keçəcəyimizə ümid edirəm”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
