2 avqust 2012 19:50
Yığmamızın hücumçusu 4:0 hesablı darmadağına sevindi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov İspaniyanın “Elche” klubunda növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, o, “Eldense” klubu ilə yoxlama matçının iştirakçısı olub.
O, ilk yarıda ehtiyatda olsa da, fasilədən dərhal sonra meydana çıxıb. Hansı ki, həmin vaxt hesab 1:0 olub. Sonda isə “Elche” 4:0 hesablı darmadağına sevinib.
Qeyd edək ki, bu, Umarovun komandasının yeni mövsüm öncəsi dördüncü sınaq matçı idi. Bundan öncə keçirilən “Santa Pola” (3:2), “Aspe” (10:0) və “Almoradi” (3:0) ilə oyunlarda millimizin üzvü də çıxış etmişdi. Rizvan bu oyunların hamısında iştirak edib, ilk iki oyunda hətta məhsuldar ötürmə ilə yadda qalmışdı.
