2 avqust 2012 20:18
ŞOK: Neftçi üç futbolçunu qovdu
Dünən keçirilmiş "Hapoel” (Kiryat Şmona) – "Neftçi" PFK oyunundan sonra "Neftçi" PFK-nın məşqçilər korpusu klub rəhbərliyi yanında toplantı keçirib. Azerisport.az xəbər verir ki, komandanın böyük hesablı məğlubiyyətinin səbəbləri araşdırılaraq, yekdilliklə klub prezidentinə təqdimat verilib.
Bundan başqa, bu gün Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi" PFK-nın bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. İsrail təmsilçisinə məğlubiyyətə görə klubun futbolçularına ciddi şəkildə xəbərdarlıq edilib. Həmçinin məşqçilər korpusunun təqdimatına əsasən, klub prezidentinin sərəncamı ilə son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınaraq, "Neftçi" PFK-nın kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb.
Sonda “Neftçi” azarkeşlərinə müraciət də ünvanlayıb: "Neftçi" PFK adından Azərbaycan xalqından məğlubiyyətə görə üzr istəyirik və inanırıq ki, cavab görüşündə, eləcə də Avroliqanın "pley off" oyunlarında "Neftçi" adına layıq futbol nümayiş etdirərək azarkeşlərimizi sevindirəcək”.
