2 avqust 2012 21:15
Mitreski: Öncə Sadıq Sadıqovla danışmaq lazımdı
“Neftçi”nin transferə çıxardığı müdafiəçisi İqor Mitreski bu gün açıqlanan gözlənilməz qərara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hələlik heç nə deməyəcəm. Bu haqda özüm də yenicə xəbər tutmuşam. Öncə klub prezidenti Sadıq Sadıqovla danışmaq lazımdı. Sonrasına baxarıq”.
“Hələlik heç nə deməyəcəm. Bu haqda özüm də yenicə xəbər tutmuşam. Öncə klub prezidenti Sadıq Sadıqovla danışmaq lazımdı. Sonrasına baxarıq”.
Qeyd edək ki, “Neftçi” Mitreski ilə yanaşı Rail Məlikov və Rauf Mehdiyevi də transferə çıxarıb.
