2 avqust 2012 11:47
Arif Əsədov: Neftçi çoxlu səhvlərə yol verirdi
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov bu komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail “Hapoel”i (Kiryat Şmona) ilə səfər oyununu (0:4) şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk dəqiqələrdən də görünürdü ki, israillilərlə oynamaq olar. Onlarda sürət çatışmazlığı var idi. Əlbəttə, bu komanda Gürcüstan “Zestafoni”sindən səviyyəli komanda idi. Amma hər halda bu, Zaqreb “Dinamo”su deyildi. Buna baxmayaraq, biz çoxlu səhvlərə yol verdik. Xüsusilə də meydanın mərkəzində. “Neftçi”nin legionerlərinə hələ də uyğunlaşmaq üçün vaxt lazımdı. Bir həftəyə yeni oyunçulardan ibarət komanda yaratmaq mümkün deyil”.