2 avqust 2012 11:58
Yığmamızın rəqibinin baş məşqçisi Neftçinin oyununu izlədi
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Hapoel” (Kiryat Şmona) – “Neftçi” matçını futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman da izləyib. Azerisport.az xəbər verir ki, o, bununla həm də Azərbaycan futbolu haqda ətraflı məlumat toplamağa çalışıb.
Qeyd edək ki, İsrail DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşıb. Bu üzdən də onun hər cəhddə futbolumuzla maraqlanması başadüşüləndi.
