2 avqust 2012 12:04
Hapoelin argentinalı forvardı Neftçi ilə cavab matçında oynamayacaq
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) hücumçusu David Solari UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə cavab matçında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, buna onun dizindən ciddi alması səbəb göstərilir.
Qeyd edək ki, Solari ötən gün İsraildə keçirilən oyunun ilk dəqiqələrindən meydanda idi. Amma elə matçın əvvəlində aldığı zədə onun erkən əvəzlənməsiylə nəticələndi. Bu üzdən də argentinalı komandasının 4:0 hesablı qələbəsində xüsusi pay sahibi ola bilmədi.
