2 avqust 2012 00:06
“Penalti olmasaydı da, biz Neftçiyə qol vuracaqdıq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) baş məşqçisi Gil Landau UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Oyunçularımla fəxr edirəm. Onlar bu gün bir daha sübut etdilər ki, İsrail çempionu adı onlara yaraşır. Solari ilk yarıda zədə aldı və oyunu davam etdirə bilmədi. Amma biz onda da inanırdıq ki, öz istəyimizə nail olacağıq. Penalti? Onun olub-olmaması hakimə daha yaxşı görünürdü. Mən əminəm ki, istənilən halda qol vuracaqdıq. Rəqibə gəlincə, onlar heç də ən yaxşı keyfiyyətlərini nümayiş etdirə bilmədilər. Bu da şübhəsiz ki, oyunçularımızın xidmətidi”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
