2 avqust 2012 12:17
“Biz Neftçi ilə mübarizədə işin 90 faizini görmüşük”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) qapıçısı Daniel Amos UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz öz qapımızı toxunulmaz saxlaya bildik. Eyni zamanda hücumda da yaxşı nəticəyə nail olduq. Fikrimcə, işin 90 faizini görmüşük. Amma buna görə arxayınlaşmağa dəyməz”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
