2 avqust 2012 12:34

İnterdən ayrılan futbolçu Vüqar Əsgərova komanda yoldaşı oldu, ilk oyundaca qol vurdu

Bu yay “İnter”in yollarını ayırdığı hücumçu Girt Karlson özünə yeni komanda tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra yığmamızın hücumçusu Vüqar Əsgərovun da çıxış etdiyi Latviyanın “Metallurg” klubunun şərəfini qoruyacaq.

Artıq Karlson yeni komandasında debüt etməyə də imkan tapıb. Belə ki, ötən gün Latviya çempionatında 10-cu turdan təxirə salınan “Metallurg” – “Jelqava” görüşü keçirilib. Görüşün ilk yarısında hesab açılmayıb. Fasilədən sonra isə baş məşqçi yeni transfer Karlsonu meydana buraxıb. Hesabı da 64-cü dəqiqədə məhz bu futbolçu açıb. Qoldan dərhal sonra o, sarı vərəqə ilə də cəzalanıb.
 
Yığmamızın hücumçusu da meydana çıxıb. Ötən oyunda olduğu kimi, o, yenə görüşün axırlarında – 68-ci dəqiqədə döyüşə atılıb. Lakin meydanda olduğu dəqiqələrdə heç nə ilə yadda qalmayıb.
 
Görüşə gəlincə, matçın son saniyələrində - 90+3-cü dəqiqədə qol vuran “Jelqava” çətin səfərdən 1 xalla qayıtmağı bacarıb.
 
“Metallurg” hazırda 32 xalla 10 komanda arasında dördüncü yerdə gedir və ehtiyatda daha iki oyunu var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.