2 avqust 2012 12:41
Neftçi Bakıya bu gün qayıdır
Ötən gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”in qonağı olan “Neftçi” vətənə bu gün qayıdacaq. Azerisport.az xəbər verir ki, Kiryat Şmona təmsilçisi ilə görüşdən 0:4 hesablı məğlubiyyətlə ayrılan təmsilçimiz saat 18:00-da Bakıya çatacaq.
Komandamız bir günlük istirahətdən sonra İsrail klubu ilə cavab matçının hazırlıqlarına start verəcək.
Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
