2 avqust 2012 12:53
“4:0 bizə növbəti mərhələyə çıxmağa imkan verir”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) argentinalı oyunçusu David Solari UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz meydanda çox yaxşı işlədik və rəqibin çox güclü komanda olmasına baxmayaraq, təsirli qələbə qazana bildik. Bu nəticə bizə növbəti mərhələyə çıxmağa imkan verir. Amma eyni zamanda arxayınlaşmamalıyıq. Cavab oyununda da uğurlu oyun sərgiləyib, “Neftçi”ni inamlı qələbə ilə mübarizədən kənarlaşdırmalıyıq”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
