3 avqust 2012 13:16

İnterlə Qarabağın 28-ci dueli

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun “İnter” - "Qarabağ" görüşü hər iki komanda üçün sayca 28-ci olacaq. Azerisport.az xəbər verir ki, bunadək komandalar bir-biri ilə 27 dəfə qarşılaşıblar.
 
22 oyun çempionat çərçivəsində keçirilib. 5 oyun isə kubok turnirinin payına düşür. “İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” da 10 qələbəylə fərqlənib, qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi bərabərdir - 21:21.
 
Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəliblər. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar dörd dəfə qarşılaşıblar, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşma qolsuz bərabərliklə başa çatıb, üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar - 1:1, dördüncü oyunda isə sevinən tərəf yenə "Qarabağ" olub - 1:0.
 
“İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dı. Belə nəticə 27 oyundan 15-də qeydə alınıb. Maraqlıdı ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub.

Azərbaycan çempionatında "Qarabağ"a qarşı keçirilən  ev oyunlarında “İnter” üstünlüyə malikdi. Belə ki, 11 qarşılaşmada “İnter” 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə ağdamlılar qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinə 10:6.
 
Qeyd edək ki, "İnter" - "Qarabağ” matçı avqustun 5-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.
 
“İnter” - "Qarabağ”
 27,+10,=7-10, top fərqi - 21:21.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.