3 avqust 2012 13:48
Baranin yenidən Azərbaycan klubunda
Bu yay “Qəbələ”dən kənarlaşdırılan Lyubo Baranin karyerasını yenə ölkəmizdə davam etdirəcək. Azerisport.az xəbər verir ki, serb futbolçu növbəti mövsümdən “Kəpəz”in formasını geyinəcək.
Artıq təcrübəli müdafiəçi Gəncə klubu ilə müqavilə bağlamaq üçün Azərbaycana qayıdıb. Baranin bu gün klub rəhbərliyi ilə danışıqlar stolu arxasına əyləşəcək və rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Baranin ötən mövsümün sonuna yaxın baş məşqçi Fatih Kavlakın qərarı ilə “Qəbələ”dən kənarlaşdırılmışdı.
