3 avqust 2012 13:54

Yunanıstan yığmasının qapıçısı Neftçiyə keçir

Futbol üzrə Yunanıstan yığmasının, eləcə də bu ölkənin “Aris” klubunun qapıçısı Mixalis Sifakis karyerasını Azərbaycan çempionu “Neftçi”də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 28 yaşlı qapıçı paytaxt klubundan sərfəli təklif alıb.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, bakılılar Sifakisə ilə 280 min avro ödəməyə hazırdılar..
 
Lakin Sifakislə başqa ölkə klubları da maraqlanır. Məsələn, onun xidmətində Fransa və Almaniya klubları da maraqlıdılar. Bundan əlavə yerli PAOK da onu heyətinə qatmaq üçün ciddi canfəşanlıq nümayiş etdirir. Həmin təkliflər arasında ən diqqətçəkəni isə məhz “Neftçi” variantıdı. Məsələn, PAOK onun ilinə 250 min avro verir. Fransa və Almaniya klublarının təklifləri isə ümumiyyətlə cəlbedici deyil. Ölkəsində qalmağı düşünən Sifakisin daha çox PAOK variantına isti baxdığı, yalnız bu klubla anlaşa bilməyəcəyi halda, digər variantları gözdən keçirəcəyi bildirilir.
 
Məlum olduğu kimi, “Neftçi”nin yunanıstanlı qapıçıya maraq göstərməsi səbəbsiz deyil. Çünki paytaxt klubu ötən gün Rauf Mehdiyevi transferə çıxarıb və hazırda yeni qapıçı axtarışındadı. Onun əvəzində futbol üzrə Azərbaycan yığmasının qapıçısı, “Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Ağayevin də paytaxt klubuna keçidi gündəmdədi. Lakin “ağ-yaşıllar” Ağayevi pulsuz buraxmaq fikrində deyil. Belədə, cənub klubuna pul ödəməli olan “Neftçi” üçün azad agent olan Sifakisi transfer etmək daha sərfəlidi.
 
Maraq üçün bildirək ki, 1984-cü ildə anadan olan Sifakisin ilk peşəkar klubu 2002-2008-ci illərdə şərəfini qoruduğu OFI olub. O, bu komandada 101 oyun keçirib. 2007-2008-ci il mövsümündə onu “Olympiacos” icarəyə götürsə də, burda cəmi 2 oyunda çıxış edib. 2008-2012-ci illər aralığında isə “Aris”in şərəfini qoruyub və 80 matça çıxıb.

Sifakis Yunanıstanın gənclərdən ibarət yığmasında 15 oyun keçirib. 2005-ci ildən isə ölkənin əsas millisinə dəvət alır və bu komandada da 15 görüşə çıxıb. O, Yunanıstan millisinin AÇ-2012-dəki dörd oyunundan üçündə əsas heyətdə meydana çıxmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.