3 avqust 2012 14:11
Kamran Ağayev Sumqayıtda
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı, “Xəzər Lənkəran”ın bu günlərdə transferə çıxardığı Kamran Ağayev “Sumqayıt”ın düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, o, formasını itirməmək üçün məhz bu komandanın məşqlərinə qoşulmağa qərar verib.
O, açıqlamasında da bunun sadəcə formasını itirməmək məqsədi daşıdığını bildirib: “Burda məşq etməyim o demək deyil ki, “Sumqayıt”da qalacağam. Sadəcə, formamı itirmək istəmirəm”.
Qeyd edək ki, Ağayev hazırda klub rəhbərliyi ilə görüşməyə çalışır. O, gələcək taleyinə məhz bu görüşdən sonra aydınlıq gətirəcək.
