3 avqust 2012 02:17
Neftçi Rauf Mehdiyevi Kamran Ağayevlə əvəzləyir
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı, “Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Ağayev yeni klubunu hələ də müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, onun “Neftçi”yə keçmək variantı yaranıb.
Məlum olduğu kimi, paytaxt klubu da əsas qapıçısı Rauf Mehdiyevi transferə çıxarıb. Məhz bu üzdən “ağ-qaralar”ın Mehdiyevə əvəzləyici kimi məhz Kamranı heyətinə qatması gözlənilir.
