3 avqust 2012 14:34
Hafiz Məmmədov Bojidar Bandoviçin qarşısında duran hədəfləri açıqladı
“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın yeni mövsümünün startı ərəfəsində klub rəhbərliyi ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub prezidenti Hafiz Məmmədova çempionata hazırlıq və komandanın üzvləri barədə məlumat verib.
“Zolaqlılar”ın prezidenti isə öz növbəsində Bandoviçin diqqətinə çatdırıb ki, komanda növbəti mövsümdə həm Premyer Liqada, həm də ölkə kubokunda ən güclü olmaq üçün mübarizə aparmalıdı. Görüşdə həmçinin əsas komandanın sıralarındakı gənc futbolçuların sayını daha da artırmaq barədə qərar qəbul olunub. Bunun üçün Bandoviçin qarşısına “Bakı”nın futbol akademiyasının yetirmələrinin çıxışını mütəmadi izləmək tələbi qoyulub.
