3 avqust 2012 02:49
Yığmamızın futbolçusu yeni komandasında yenə debüt edə bilmədi
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi Türkiyənin “Eskişehirspor” klubu Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Super Liqa təmsilçisi Marsel “Olympique”ini qəbul edib.
Hesabı 49-cu dəqiqədə Fransa klubu açıb. “Eskişehirspor” bərabərliyi 82-ci dəqiqədə Atde Nuhiunun qolu ilə təmin edib. Bundan sonra fərqlənən olmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.
“Eskişehirspor”un baş məşqçisi Ersun Yanal Ufuka bu dəfə də şans verməyib. Futbolçumuzun adı “18-liy”ə salınmayıb.
