3 avqust 2012 16:48
Qəbələdən ayrıldı, Terimin yanına getdi
“Qəbələ” Futbol Akademiyasının sabiq direktoru Ali Yavaşın yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, bundan sonra yenə “Galatasaray”da çalışacaq.
Belə ki, bir müddət öncə “Qəbələ”dəki postundan istefa verərək Türkiyəyə qayıdan mütəxəssis Fatih Terimin yanına gedib. Vaxtilə də “Galatasaray”da birgə çalışmış mütəxəssislər yenidən bir-birinə qovuşmuş olublar. Yavaş bundan sonra Terimin rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq.
