3 avqust 2012 17:51
“Neftçinin mərhələ adlamaq şansı azdı, amma hərdən möcüzələr olur”
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasında İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna məğlubiyyətini (0:4) şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İsraildə “Neftçi”nin qətiyyən bəxti gətirmədi. İndi növbəti mərhələyə adlamaq şansı çox cüzidi. Fikrimcə, Bakıdakı oyunda bu rəqibə beş cavabsız qol vurmaq çox çətin olacaq. “Hapoel” qol vursa, “Neftçi” daha böyük fərqlə qələbə qazanmaq məcburiyyətində qalacaq. Amma bir məqam da var ki, futbolda hərdən möcüzələr olur”.