3 avqust 2012 18:04
Qəbələnin sabiq kapitanı rəsmən Kəpəzdə
Bu yay “Qəbələ”dən kənarlaşdırılan Lyubo Baranin karyerasını yenə ölkəmizdə davam etdirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, serb futbolçu növbəti mövsümdən “Kəpəz”in formasını geyinəcək.
Artıq təcrübəli müdafiəçi Gəncə klubu ilə danışıqlarını müsbət yekunlaşdırıb və bölgə təmsilçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Baranin ötən mövsümün sonuna yaxın baş məşqçi Fatih Kavlakın qərarı ilə “Qəbələ”dən kənarlaşdırılmışdı.
