3 avqust 2012 18:25

Vaqif Sadıqov AZAL-ın yeni mövsüm üçün hədəflərini açıqladı

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın yeni mövsümünün startı ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- Yeni mövsümə hazırlıqlarınızı uğurlu saymaq olar?
- Hazırlıqlarımız planlaşdırdığımız şəkildə baş tutdu. Ən başlıcası da budu.
 
- İstədiyiniz komandanı formalaşdıra bilmisiz?
- Belə deyək: biz düzgün yoldayıq. İstədiyimiz komandanı yaradıb-yaratmadığımızı zaman göstərəcək. Baxmayaraq ki, biz bütövlükdə işimizi gələcəyə hesablamışıq. Gələcəkdə güclü komandamızın olmasını istəyirik. Bunun üçün şəraitimiz də var.

 
- Bəs indiki zaman üçün vəziyyət necədi?
- Bacardığımız hər şeyi etmişik ki, yaxşı komanda yaradaq. Yaxşı kollektivimiz var. Bu komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Bunun üçün də yeni mövsümə 28 oyunçu sifariş vermişik.

- Komandanın qarşısına konkret olaraq hansı vəzifə qoyulub?
- Minimum hədəf ilk altılığa düşməkdən ibarətdi. Maksimum hədəf isə Avropa Liqasına vəsiqə qazanmaqdı.
 
- AZAL ilk oyunlarını “Sumqayıt”, “Rəvan” və “Kəpəz”ə qarşı keçirəcək. Komandanızın mövsümə yaxşı start vermək şansı var?
- İstənilən halda bütün komandalarla gec-tez qarşılaşmalıyıq. Düşünmürəm ki, bizə asan olacaq. Çünki mövsümün əvvəlində bütün komandaların şansları bərabər olur. Baxmayaraq ki, ilk oyunlarımızı Avropa Liqasında çıxış edən klublarımıza qarşı keçirməyimizi daha çox istərdim. Bu oyunlar bizim nəyə qadir olduğumuzu göstərərdi.
 
- İlk oyununuzdan nə gözləyirsiz?
- “Sumqayıt” yeni mövsüm öncəsi heyətini ciddi şəkildə gücləndirib. Onlar da bizim kimi ilk altılığa düşmək üçün mübarizə aparacaqlar. Bizim planlarımıza xal itirmək daxil deyil. Özü də bu, təkcə bu oyuna yox, bütün görüşlərimizə aiddi. Ümumiyyətlə, bu mövsüm çox maraqlı olacaq.
 
- Bu mövsüm AZAL heç də favoritlər arasında göstərilmir. Təəccübləndirməyi bacaracaqsız?
- Bunun üçün çalışırıq. Amma komandaları indidən nahaq yerə favoritlərə, qeyri-favoritlərə ayırırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.