3 avqust 2012 19:29
Azərbaycan - Bəhreyn matçına bilet satışı davam edir (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Bəhreyn yoldaşlıq oyununun biletləri iyulun 26-dan etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri Park Bulvar Alış-Veriş Mərkəzində və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən satış nöqtələrində əldə etmək mümkündür.
Biletlərin qiyməti aşağıdakı kimidi:
VIP - 20 AZN
1-ci kateqoriya - 5 AZN
2-ci kateqoriya - 3 AZN
3-cü kateqoriya - 1 AZN
Satış nöqtələrindən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
