4 avqust 2012 20:58

Mövsümün ilk qələbəsini Turan qazandı, Qəbələ və AZAL xal itirdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, mövsümün ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Son mövsümün ən zəif komandası - "Sumqayıt" doğma meydanda AZAL ilə görüşüb. Qollu qarşılaşma sülhlə başa çatıb. "Simurq" "Qəbələ"ni qəbul edib. Bu oyunda da tərəflər sülhə razılaşıblar. Qərb derbisində isə "Kəpəz"lə "Turan" üz-üzə gəlib. Hesabı meydan sahibləri açsalar da, sonda Tovuz təmsilçisi gözlənilmədən əzmkar qələbəyə sevinib.
 
Turun qalan iki oyunu bazar günü baş tutacaq: "Rəvan" - "Xəzər Lənkəran", "İnter" - "Qarabağ". Turun daha bir görüşü – “Neftçi” – “Bakı” qarşılaşması isə təxirə salınıb.
 
Premyer Liqa
1-ci tur
4 avqust (şənbə)
 
SUMQAYIT - AZAL - 2:2 (1:1)
Qollar: Cavid Tağıyev, 12 (0:1), Orxan Əliyev, 45 (1:1), Pərdis Fərcad-Azad, 59 (2:1), Zohair Benuahi, 72 (2:2)
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
 
SUMQAYIT: 1. Səlahət Ağayev, 2.Atam Məhəmməd Əli, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 13. Murad Ağayev, 10. Ceyhun Sultanov, 22. Slavik Alxasov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 4. Aylton Xose Junior,  6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 11. Zohair Benuahi, 15. Oskar Klyava, 16. Junior Nildo, 3. Usim Nduka, 20. Branislav Arseniyeviç, 28. Artur Patras.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elman Taqayev, 10. Tərlan Xəlilov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə, 37. Andryus Veliçka, 99. Orxan Həsənov.
 
Oyun başladı
Hər iki komanda oyuna ehtiyatlı başlayıb və ilk dəqiqələr sakit məcrada keçir
C.Tağıyev meydan sahiblərini cəzalandırır - 0:1
Sumqayıtlılar oyunda dönüş yaratmaq üçün hələ ki, ciddi heç nə edə bilmirlər
Meydanda çox sönük oyun gedir
Pərdis cavab qolunu vurmağa yaxın olsa da, baş zərbəsində dəqiqlik çatışmır
Tağıyevin dublunu rəsmiləşdirməsinə azacıq dəqiqlik çatışmır
Qurbanovun cinah ötürməsini Orxan Əliyev effektli zərbə ilə tora qovuşdurur - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Hər iki komanda növbəti qolu vurmağa çalışır
Pərdis Fərcad-Azad meydan sahiblərini önə keçirən qola imza atır - 2:1
Zohair Benouahi hesabı bərabərləşdirir - 2:2
Hər iki komanda hücumlarını davam etdirir və start matçında uduzmaq istəmir
Benuahinin dubla imza atmasına son anda Səlahət mane olur
R.Qurbanov qol vurmağa yaxın olsa da, Cahangir əla oynayır
Matç başa çatdı
 
KƏPƏZ - TURAN - 1:2 (1:1)
Qollar: İrakli Beraya, 11 (1:0), Murad Ağakişiyev, 39 (1:1), Azər Məmmədov, 75 (1:2).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Gəncə. Şəhər stadionu.
 
KƏPƏZ: 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 66. Lyuba Baranin, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Nikolay Svejnitsov, 10. Armando Feutçin, 11. Qoqa Beraya, 9. İrakli Beraya, 6. Məhərrəm Hüseynov, 30. Yuri Fomenko .
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 4. Azər Məmmədov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 19. Sərxan İsmayılov, 3. Təbriz Hüseynli, 14. Georgi Sepiaşvili.
TURAN: 28. Mikayıl Yusifov, 2. Hüseyn İsgəndərov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev, 11. Qoqi Pipia, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 7. Azər Məmmədov, 13. Bayram Kərimov, 15. Rəşad Piriyev, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov.
 
Oyun başladı
Kəşfiyyat xarakterli ilk dəqiqələrdə medan sahibləri daha fəal təsir bağışlayırlar
İrakli Beraya meydan sahiblərini önə keçirir - 1:0
Gürcü futbolçunun vurduğu qol yeni mövsümün ilk qoludu!
Tovuzlular qoldan sonra hücuma atılsalar da, hələlik istəklərinə nail ola bilmirlər
Armando rəqibin üç müdafiəçisindən əla sıyrılsa da, qapıya dəqiq zərbə vura bilmir
Murad Ağakişiyev tovuzluları məğlubiyyətdən xilas edən qola imza atır - 1:1
Buraxılan qoldan sonra "Kəpəz" yenidən hücuma atılır
Armando daha bir qol şansını boşa verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra bir qədər sönük oyun keçsə də, qonaqlar əzən kobud oyuna da əl atırlar
"Kəpəz"in müəyyən üstünlüyü var
Məhərrəm Hüseynov qapıya dəqiq zərbə vura bilmir
Fomenkonun zərbəsi qapının üstündən keçir
Müdafiəçilərin kobud səhvindən yararlanan Azər Məmmədov qonaqları hesabda önə keçirir - 1:2
"Turan" tam müdafiəyə çəkildiyindən üstünlük meydan sahiblərinin tərəfindədi
Matç başa çatdı
 
SİMURQ – QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: Deyan Kelhar, 21 (0:1), İlkin Qırtımov, 66 (1:1).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.
Zaqatala. Şəhər stadionu.
 
SİMURQ: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 5. Rüstəm Abbasov, 7. Ruslan Poladov, 9. Marçin Burkhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 18. Qafar Qafarov, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 24. Mehman Məmmədov, 20. Rəşad Əyyubov, 8. Qədir İbrahimov.
QƏBƏLƏ: 25. Kosta Silva Dieqo, 3. Vurğun Hüseynov (k), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşiyev, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Kelhar Deyan, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 22. Lorival Asis, 23. Şəhriyar Xəlilov, 45. Murad Musayev.
 
Oyun başladı
Polyakın qapıya zərbəsi çox təhlükəli alınsa da, qolla nəticələnmir
Ü.Abbasov sarı vərəqə ilə cəzalanır
Deyan Kelhar dəqiq zərbə ilə hesabı açır - 0:1
Stoyanoviç təhlükəli zərbə ilə yadda qalır
Dodonun zərbəsi qapının üstündən keçir
R.Abdullayevin uzaqdan zərbəsi çox təhlükəli olsa da, hədəfə düşmür
Meydan sahibləri artıq ilk dəqiqələrdəki kimi fəal deyillər
Burkhardın cərimə zərbəsi çox təhlükəli alınır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Dodo daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
Meydanda demək olar ki, bərabər oyun gedir
Fasilədən sonra meydana çıxan Q.İbrahimov sarı vərəqə ilə cəzalanır
Zaqatala klubu üstünlüyünü gücləndirsə də, qol vura bilmir
Çertoqanov qol vurmaq şansını əldən verir
"Simurq" üstünlüyü ələ aıb
İlkin Qırtımov künc zərbəsi zamanı topu tora qovuşdurur - 1:1
Kelhar dubla imza atmağa yaxın olsa da, zərbəsi dirəkdən qayıdır
84-cü dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyur
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.