5 avqust 2012 21:58

İddialılar Premyer Liqaya xal itkisi ilə başladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
 
Ötən mövsümün sürpriz komandalarından sayılan "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edib. Paytaxt klubu görüşdə hesabı açan tərəf olsa da, sonda heç-heçə ilə kifayətlənməli olub. Turun mərkəzi oyununda isə "İnter"lə "Qarabağ" üz-üzə gəlib. Bu oyunda da hesabı açan ağdamlılar son dəqiqələrdə bunu əldən veriblər.
 
Qeyd edək ki, mövsümün ilk turunun daha bir görüşü – “Neftçi” – “Bakı” oyunu təxirə salınıb.
 
Premyer Liqa
1-ci tur
5 avqust (bazar)
 
RƏVAN - XƏZƏR LƏNKƏRAN – 1:1 (1:0)
Qollar: S.Bundu, 10 (1:0), B.Subaşiç, 55 (1:1)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov.
Bakı. "Dalğa Arena".
 
Oyun başladı
İlk dəqiqələr çox sakit keçir
Bakılıların yeni transferi Bundu cinah ötürməsini dəqiq zərbə ilə tamamlayaraq, qonaqların qapısına yol tapmağı bacarır - 1:0
Varela qapıçı ilə üz-üzə qalsa da, Sadıqlı onu dayandırır. Hakim hər şeyin qaydalar çərçivəsində olduğunu bildirir
İlk qolun müəllifi Bundu zədələnir və oyunu davam etdirə bilməyəcək. Onu Vidakoviç əvəzləyir
"Xəzər Lənkəran"ın hücumları hələ ki, alınmır
Meydan sahibləri qoldan sonra sakit oyuna üstünlük verirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Varela təhlükəli zərbə ilə yadda qalsa da, qol vura bilmir
Branimir Subaşiç hesabı bərabərləşdirir - 1:1
Meydan sahibləri yenidən fəallığı artırıblar. Amma hələ ki, ikinci qolu vurmaq onlara nəsib olmur
XL daha bir qol vursa da, öncə ofsayd qeydə alınır
Hodziçin baş zərbəsində azacıq dəqiqlik çatışmır
Hər iki komanda qələbə qolunu vurmaq üçün fəallığı artırıb. Amma bu, onların heç birində alınmır
Sadıqlı son dəqiələrdə Torresin qüvvətli zərbəsini dəf etməyi bacarır
Matç başa çatdı
 
RƏVAN: 1. Kulaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 11. Şeriff Suma, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varela, 15. Tural Cəlilov, 22. Tofiq Mikayılov, 23. Sallieu Bundu, 28. Amid Quluzadə.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 10. Nemanya Vidakoviç, 18. Samuel Barlay, 20. Kristian Torres, 25. Əli Əliyev,
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 27. Adrian Skarlatake, 21. Radomir Todorov, 8. Eder Bonfim, 15. Ruslan Abışov, 6. Robert Alviz, 16. Adrian Pit, 7. Sadio Tounkara, 14. Rahid Əmirquliyev (k), 9. Branimir Subaşiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 10. Elnur Abdullayev, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov, 18. Alim Qurbanov.
 
 
İNTER – QARABAĞ – 1:1 (0:1)
Qollar: M.Muarem, 37 (0:1), A.Teli, 88-öz qapısına (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov.
Bakı. "AZAL Arena".
 
Oyun başladı
3. Əfranın sağ cinahdan ötürməsi zamanı müdafiəçilər topa Raufdan tez toxunurlar
7. Riçardın qapıya doğru zərbəsi qapıçıda qalır
9. "Qarabağ"ın künc zərbəsi nəticəsizdi
12. Qonaqların sürətli əks-hücumu zamanı Əfranın ötürməsini Rauf qəbul edə bilmir
15. Bu dəqiqələrdə meydanda çox sönük oyun gedir
18. Muarem sol cinahdan cərimə meydançasına daxil olsa da, zərbə vurmaq üçün gecikir
23. Komandalar qapılar qarşısında təhlükəli vəziyyət yarada bilmirlər
27. "Qarabağ"ın hücumu zamanı Muaremin sol cinahdan qapı qarşısına ötürməsinə Əfran ayaq qoya bilmir
31. Riçardın qapı qarşısına asmasına toxunan olmur
32. Muarem cərimə meydançasında kobudluqla dayandırılsa da, hakim penalti olmadığını bildirir
37. Muarem hesabı açır - 0:1
Qaranın əla ötürməsindən sonra makedoniyalı futbolçu qapıçı ilə üz-üzə qalır və qapıya dəqiq zərbə endirərək, hesabı açır
39. Daha bir hücum: müdafiəçilərin kobud səhvindən sonra Rauf qapıçı ilə təkbətək qalsa da, qapıya zərbəsi qeyri-dəqiq olur
41. "İnter"in hücumu zamanı Nizami Hacıyevin zərbəsi Miroda qalır
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. N.Hacıyevi A.Məmmədov əvəzləyir
50. Riçardın qüvvətli zərbəsini Lomaya dəf edir
51. Məmmədovun baş zərbəsi Miroda qalır
53. Rəşad Sadıqovun Muaremə ötürməsi zamanı o, qapıçı ilə təkbtək qalsa da, qapıya doğru zərbəsini son anda müdafiəçilər boş qapıdan çıxarır
55. "İnterin hücumu zamanı Adamiyanın zərbəsi qapıdan aralı keçir
58. Tsxadadze sarı vərəqə ilə cəzalanır
65. "İnter" məğlubiyyətdən yaxa qurtarmaq üçün hücuma atılıb. Miro fantastik reaksiya ilə komandasını qoldan xilas edir
68. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Rauf Əliyevi Vüqar Nadirov əvəzləyir
72. "İnter"in təhlükəli hücumu zamanı Tsxadadzenin baş zərbəsindən sonra top qapıdan azca aralı keçir
74. "Qarabağ"ın əks hücumu zamanı Vüqarın sağ cinahdan ötürməsini qapıçı tutur
75. Qarayev zədələir və ona tibbi yardım göstərilir
76. Qara Qarayevi Elnur Abdulov əvəzləyir
80. "İnter" hücumlarını davam etdirir, "Qarabağ" isə artıq əks-hücuma üstünlük verir
85. Miro yenə "Qarabağ"ı qoldan xilas edir
88. Admir Teli avtoqola imza atır - 1:1
90. Daha 4 dəqiqə oynanılacaq
Matç başa çatdı
 
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev, 10. Georgi Adamiya, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev, 87. Haynts Barmettler.
Ehtiyat oyunçular:  74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 77. Ruslan Əmircanov.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 16. Elnur Abdulov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 19. Emin İmaməliyev.
 
 
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi: Sumqayıt – AZAL - 2:2, Kəpəz – Turan - 1:2, Simurq - Qəbələ - 1:1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.