4 avqust 2012 00:06
Yığmamızın forvardı üçün Cordoba
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarovun şərəfini qoruduğu “Elche” klubunun İspaniya kubokundakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu komanda ölkə kubokunda mübarizəyə ikinci mərhələdən qoşulacaq.
“Elche”nin rəqibi isə “Cordoba” olacaq. Sözügedən qarşılaşma sentyabrın 12-də baş tutacaq.
Maraq üçün bildirək ki, bu yaydan etibarən Umarov da əvəzedici komandadan “Elche”nin əsas heyətinə cəlb olunub. O, son dövrlər komandasının keçirdiyi dörd yoxlama matçının hamısında meydana çıxıb. Bu üzdən də onun yeni mövsümdə həm çempionat, həm də kubok qarşılaşmalarında meydana çıxması istisna olunmur.
