4 avqust 2012 00:01
Yeni mövsümə məhsuldar start
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 2012/13 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç oyun keçirilib.
"Sumqayıt" – AZAL oyununda tərəflər 6 qol vursa da, qalibi müəyyənləşdirə bilməyiblər. Elə "Kəpəz" - "Turan" qarşılaşmasında da qollu heç-heçə qeydə alınıb. Mövsümün ilk qələbəsi isə "Simurq"a qismət olub. Zaqatala təmsilçisinin gəncləri "Qəbələ"ni məğlub yola salıblar.
Qeyd edək ki, turun digər oyunları bu gün keçiriləcək.
Qeyd edək ki, turun digər oyunları bu gün keçiriləcək.
Əvəzedicilərin çempionatı
1-ci tur
3 avqust
Sumqayıt – AZAL - 3:3
Qollar: Əbülfət Abbasov, 45, Bəxtiyar Həsənəlizadə, 48, Ruslan Nəsirli, 89 - Elgün Abbaslı, 12, Elvin Cəbrayıllı, 39, Şahin Zeynalov, 52.
Simurq - Qəbələ - 2:1
Qollar: Müşviq Teymurov, 17-öz qapısına, Arzuman Nəsibov, 50 - Nuran Qurbanov, 40.
Kəpəz – Turan - 1:1
Qollar: Ravil Müslümov, 43 - Elmixan Məmmədov, 28.
