4 avqust 2012 00:09
Bakı darmadağına sevindi
“Bakı” Premyer Liqanın yeni mövsümündə ilk turun “Neftçi” ilə oyununun təxirə salınması səbəbindən yaranmış fasilədən yararlanaraq yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, rəqib biribci dəstə təmsilçisi Bakının “Lokomotiv” klubu olub.
“Bakı”nın təlim-məşq bazasında baş tutan oyun “zolaqlılar”ın üstünlüyü şəraitində keçib. İlk qolu rəqibin qapısından Deyvidas Çesnauski keçirib. Daha sonra da təziqi davam etdən bakılılar ilk hissədə Aleksandar Şoliçin ifasında daha iki qol vurublar. İkinci hissəni də üstünlükdə keçirən “Bakı” Uinston Parksın qolu ilə yekun hesabı müəyyən edib – 4:1.
