3 avqust 2012 11:26

Zaur Ramazanov: Hər şeyə görə Kamran Ağayev özü günahkardı

“Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov azerisport.az saytına müsahibəsində yeni mövsümün startından, mümkün transferlərdən, eləcə də Kamran Ağayevin komandadan uzaqlaşdırılmasından danışıb.

- Çempionat artıq başlamaq üzrə olsa da, siz hələ də transfer çalışmalarınızı başa vurmamısız. Niyə?
- Təəssüf ki, bizə yaxşı futbolçular təklif olunmur. “Xəzər Lənkəran” adi klub deyil. Burda yeni gələn futbolçulara incəliklə yanaşılır. Klubun səviyyəsi bizi daha yaxşı oyunçular seçməyə məcbur edir. Təklif olunanlar arasında bizə layiqlisi yox idi. Legioner yerli futbolçudan iki-üç baş üstün olmalıdı. Bilirik ki, az vaxt qalıb. Amma komandaya heç olmazsa, dörd yeni futbolçu lazımdı.

 
- Hansı mövqelərə?
- Hücumçu, yarımmüdafiəçi, xavbek və qapıçı.

- Baxışa çağırdığınız türkmənistanlı qapıçı ürəyinizcə olmadı?
- Raxmanberdı Alıxanov özünü məşqlərdə göstərə bilmədi. Yüksək səviyyəli qapıçı deyil. Ona görə də bu futbolçudan imtina etdik.
 
- Bəs Kamran Ağayevlə aranızda nə baş verdi ki, onunla yolları ayırmağa qərar verdiniz?
- Mənim bundan xəbərim yoxdu. Ağayevlə bağlı qərarı klub rəhbərliyi qəbul edib. Onlar da nəyisə elə-belə yerə etməzlər. Deməli, nəsə səbəbi olub. Günahı oyunçuda axtarmaq lazımdı. İnsan intizamlı olmağa çalışmalıdı.
 
- Ağayev hansı intizam pozuntusuna yol vermişdi ki?
- Bilmirəm. Amma indi təsəvvür edin ki, Kamranın bu klub üçün etdiklərinin ardından belə bir qərar çıxarılıbsa, deməli, ortada ciddi bir səbəb var. Mən özüm də “Xəzər Lənkəran”da oynamışam. Yadıma gəlir ki, səhər məşqinə gec çıxdığıma görə, məni də tənqid edirdilər. Qaydalar hamı üçün eynidi.
 
- Geri qayıtmaq variantı var?
- Bu sualınıza cavab verə bilmərəm. Rəhbərlikdən soruşun.
 
- Elə isə, ilk turda “Xəzər Lənkəran”ın qapısını kim qoruyacaq?
- Bizim iki qapıçımız var. Kamal Bayramov da indi yaxşı formadadı. Qapıçısız qalmarıq.

- Yeni mövsüm üçün hədəfiniz qızıl dubldu?
- Hələ “Rəvan”la ilk oyunumuzu düşünürük. Bu komanda çox güclənib. Çətin oyun olacaq. Avrokuboklarda olanları unutmağımız lazımdı. Tam olaraq çempionata və ölkə kubokuna köklənməliyik. Nəyin necə olacağını mövsümün sonu göstərər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.