3 avqust 2012 11:48

Yunis Hüseynov üçün ənənəni davam etdirmək missiyası

Həftəsonu keçiriləcək qarşılaşmalarla Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” mövsümə “Rəvan”a qarşı matçla başlayacaq. Bu, komandalar arasında 3-cü qarşılaşma olacaq.
 
Ötən mövsüm elitada debüt edən paytaxt təmsilçisi ilə əvvəlki 2 görüşdə qalib müəyyənləşməyib. Belə ki, hər 2 matçda komandalar hərəyə 1 qol vurub və 1 xalla kifayətlənib. Avqustun 5-dəki səfər matçında XL bu tarazlığı öz tərəfinə dəyişməyə çalışacaq.
 
2011/12           27.08.2011      Çempionat       RƏVAN (Bakı)          s          1:1
2011/12           19.11.2011      Çempionat       RƏVAN (Bakı)          e          1:1
 
“Xəzər Lənkəran” özünün Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla başlayacaq. Ötən çempionatın gedişində bu posta təyin olunan mütəxəssis ilk dəfə bu komandanı starta çıxarıb. O, həm də ilk dəfə “Rəvan”la görüşəcək.
 
Əvvəlki mövsümlərə “Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11, 2011/12) Hüseynov “Xəzər Lənkəran”ı ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.
 
Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, “Xəzər Lənkəran” son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə bu komanda çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb. Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin məğlubiyyətdən sonra hər dəfə “Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.
 
Ənənə öncəsi son xal itkisi, yeganə məğlubiyyət isə “Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi “Xəzər Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, “Xəzər Lənkəran”ın ilk oyununda qələbəyə sevinib.
 
2004/05
07.08.2004
TURAN (Tovuz)
s
1:1
2005/06
12.08.2005
OLİMPİK (Bakı)
s
2:0
2006/07
11.08.2006
NEFTÇİ (Bakı)
e
2:1
2007/08
12.08.2007
KARVAN (Yevlax)
s
1:0
2008/09
10.08.2008
KARVAN (Yevlax)
s
0:1
2009/10
21.08.2009
İNTER (Bakı)
e
1:0
2010/11
07.08.2010
QƏBƏLƏ (Qəbələ)
e
1:0
2011/12
06.08.2011
SUMQAYIT
e
2:1

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.