3 avqust 2012 12:09

Makedoniya yığmasının forvardı Azərbaycan klubundan imtina etdi

Ukraynanın “Sevastopol” klubunun makedoniyalı futbolçusu Besart İbraimi yenicə icarə əsasında keçdiyi “Tavriya”nı seçməsinin səbəblərindən danışarkən bəyan edib ki, o, Azərbaycandan da təklif alıbmış. Azerisport.az xəbər verir ki, o, sonda Azərbaycan klubunu yox, məhz Ukrayna təmsilçisini seçib:

“Mən bilirəm ki, Ukraynada futbolu daha çox sevirlər. Sizin aparıcı klublarınız daim avrokuboklarda çıxış edirlər. Bilirdim ki, Ukrayna çempionatında oynamaqla ustalıq səviyyəsini artırmaq olur. Düzdü, Azərbaycandan və Çindən də təklif var idi. Amma mən Avropada oynamaq istəyirdim. Çünki Makedoniya yığmasının məşqçilərinin gözü qarşısında qalmaq istəyirəm”.
 
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Besart hücumçudu. Maraq üçün bildirək ki, İbraimi 2006-2007 mövsümündə “Vlazrimi” (32 oyun, 4 qol), 2007-2008 mövsümündə “Napredok” (43 oyun, 14 qol), 2008-2010 mövsümündə “Renova” (42 oyun, 25 qol), 2010-2011 mövsümündə isə Almaniyanın “Schalke” klubunda çıxış edib (2 oyun). 2011-ci ildə transfer olunduğu “Sevastopol”da 22 oyuna 9 qol vurub. O, həm də Makedoniya yığmasında 7 oyun keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.