3 avqust 2012 12:48
“Növbəti mərhələyə çıxmağımızı Neftçi ilə cavab matçından sonra qeyd edəcəyik”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) yarımmüdafiəçisi Barak Badaş UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz “Neftçi” ilə ilk oyunda fantastik anlaşma nümayiş etdirdik və möhtəşəm nəticəyə imza atdıq. Buna baxmayaraq hesab edirəm ki, hələ növbəti mərhələyə çıxmağımızı bayram etməyimiz tezdi. Bunu “Neftçi” ilə Azərbaycandakı cavab matçının final fiti səsləndikdən sonra qeyd edə bilərik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
