4 avqust 2012 01:05

Ramin Musayev: Bir avrokubok oyununa görə belə qərar vermək olmaz

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümün startı ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- Yeni mövsümdən nə gözləyirsiz?
- Bütün klublar çox ciddi transferlər həyata keçiriblər. Güclü komandaların sayı artıb. Yeni mövsümdə çempionluq uğrunda səkkiz klub mübarizə aparacaq. Bu, sevindirməyə bilməz. Bütün klublardan baxımlı oyun gözləyirəm. Ənənəvi liderlər var ki, onlar hər il medallar uğrunda mübarizə aparırlar. Amma bu mövsüm həmin klubların sırasına AZAL da qoşulacaq. Onlar xeyli yaxşı futbolçular transfer ediblər. Komandanın Vaqif Sadıqov kimi əla baş məşqçisi var. “Bakı” da yaxşı komanda formalaşdırıb. “Rəvan” da aparıcı klublara asanlıqla uduzmayacaq.
 
- Demək olar ki, hər mövsüm hakimliklə bağlı problemlər yaranır. Bu, yeni mövsümdə də təkrarlana bilər?
- Hakimlər Sloveniyada əla təlim-məşq toplanışı keçiblə, imtahan veriblər, çempionata nə qədər hazır olduqlarını göstəriblər. Düşünürəm ki, hakimliklə bağlı problem olmayacaq. Onlar mümkün qədər yaxşı idarəçilik etməyə çalışacaqlar. Hər məğlubiyyətə görə hakimləri günahlandırmaq olmaz. Klublarımız da bunu başa düşməlidilər.
 
- “Xəzər Lənkəran” və “Neftçi” kimi aparıcı klublar yeni mövsüm öncəsi 3 aparıcı futbolçusu ilə yollarını ayırdı. Sizcə, bu, nə dərəcədə düzgün addımdı?
- Bu, klubların daxili işləridi. Sadəcə mənə bir şey maraqlıdı: əgər bu futbolçular məşqçilərə lazım deyildisə, onları niyə mövsüm başa çatan kimi uzaqlaşdırmamışdılar? Çempionatın başlamasına bir gün qalıb və futbolçulara deyirlər ki, özünüzə klub tapın. Bir avrokubok oyununa görə belə qərar vermək olmaz.
 
- Özü də onların arasında yığmanın şərəfini qoruyan futbolçular da var...
- Məni hər şeydən daha çox bu narahat edir. Yığmanın oyununa 10 gün qalıb, amma əsas qapıçı Kamran Ağayev klubsuzdu. Əgər onun oyun təcrübəsi olmasa, bu, yığmamıza da mənfi təsir göstərəcək.
 
- Bu avrokuboklar mövsümündə sizi sevindirən nəsə oldu?
- Təəssüf ki, sevinmək üçün xüsusi heç bir səbəb olmadı. Klublarımızın dördündən də uğur gözləyirdim. Amma onların heç biri bizi sevindirə bilmədi.
 
- Hətta minimum Avropa Liqasının pley-off mərhələsində oynamaq şansı qalan “Neftçi” də?
- Bəs siz onların İsraildə belə asanlıqla uduzacağını gözləyirdiniz? Komandanın birbaşa qrup mərhələsinə vəsiqəni təmin etmək şansı var idi. Amma bu şansı boşa verdilər. “Neftçi” “Zestafoni”yə qarşı sərgilədiyi oyunu göstərə bilmədi. İndi bizə sadəcə ümid etmək qalır ki, onlar pley-off mərhələsində Avroliqanın qrupuna düşə biləcəklər.
 
- Bəs digər klublarımızın çıxışı haqda nə deyərdiniz?
- Məni “İnter” məyus etdi. Onlar Yunanıstanda yaxşı futbol sərgiləyə bilməsələr də, hər şeyi penaltilərə kimi davam etdirdilər. “Xəzər Lənkəran” cavab matçında layiqli oyun sərgilədi, rəqibdən qorxmadı. “Bakı”nın isə sadəcə bəxti gətirmədi. İlk oyunda onları hakim məhv etdi, cavab matçında isə qol vəziyyətlərini sağa-sola xərcləmələri.
 
- Sizcə, yeni mövsümün əsas favoriti hansı komanda olacaq?
- Mövsümün gedişi göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.