8 avqust 2012 22:55

Neftçi ÇL-dən heç-heçə ilə ayrıldı (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu gün növbəti oyununa çıxıb.
 
Məlum olduğu kimi, komandamız ÇL-in cari mövsümündəki ilk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşmışdı. Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atan “ağ-qaralar” Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla, mərhələ adlamışdı. Azərbaycan çempionu eyni aqibəti bu dəfə İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna da yaşatmaq iddiasında idi. Lakin ilk oyununu səfərdə keçirən təmsilçimiz bu görüşdə gözlənilməz məğlubiyyətlə (0:4) üzləşərək, mərhələ adlamaq şanslarını heçə endirmişdi. İsraildəki darmadağından sonra “ağ-qaralar” ya 5:0 hesablı qələbə qazanmalı, ya da 5 topluq fərqlə istənilən bir nəticəyə imza atmalıydı. Amma Bakıdakı oyunda "Neftçi" heç minimal hesablı qələbə də qazana bilmədi. ÇL ilə vidalaşan təmsilçimiz indi Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınamalı olacaq.
 
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
 
NEFTÇİ - HAPOEL (Kiryat Şmona) - 2:2 (0:4)
Qollar: J.Vobay, 31 (1:0), B.Badaş, 50 (1:1), C.İmamverdiyev, 76 (2:1), L.Lençe, 90+1 (2:2).
Bakı. “Dalğa Arena”.
Baş hakim: Martin Strömberqsson (İsveç).
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev.
Məşqçi: Tərlan Əhmədov.
HAPOEL: 13. Daniel Amos, 5. Şir Çedek, 6. Ravid Qazal, 10. Barak Badaş, 15. Elyad Qabay, 17. Sali Hassarami, 18. Brayan Gerziçiç, 19. Şimon Abihazira, 22. Darko Tasevski, 23. Adrian Roxet (k), 81. Duşan Matoviç.
Ehtiyat oyunçular: 45. İtamar Niçan, 4. Ben Vaaba, 7. Ahmed Abed, 12. Beni Ben-Zaken, 16. Adi Elişa, 20. Lior Levi, 29. Laslo Lençe.
Baş məşqçi: Gil Landu.
 
Oyun başladı
5. İlk dəqiqələr daha çox kəşfiyyat xarakterlidi və meydanın mərkəzində keçir
6. Rəqib qapıya ilk zərbə Vobaydan gəldi: qeyri-dəqiqdi
7. Emin Mehdiyev rəqib cərimə meydançasına əla daxil olsa da, qapıya zərbəsi dəqiq alınmadı
9. Seyidovun o qədər də qüvvətli olmayan zərbəsini qapıçı tutur
10. "Neftçi" təzyiqi artırıb. Amma hələ ki, hücumlar bəhrəsizdi
13. "Hapoel" oyunda ilk korneri yerinə yetirir: müdafiəçilər topu uzaqlaşdıra bilirlər
19. Sadiqovun uzaqdan zərbəsi qapının üstündən keçir
24. Seyidov əla hücum zamanı qapını dəqiq nişan ala bilmir
28. "Neftçi" iki dəfə ardıcıl təhlükəli hücum təşkil etsə də, qapıya dəqiq zərbə endirmək mümkün olmur. Xüsusilə qapıçının inanılmaz oyununu qeyd etməyə dəyər
30. Gerziçiç sürətlə qapıya yaxınlaşan Flavinyonu cərimə meydançası yaxınlığında yıxır və cərimə zərbəsi olacaq
31. QOOOOOOL! Vobay cərimə zərbəsini möhtəşəm yerinə yetirərək, hesabı açır - 1:0
32. Çedek yenə eyni nöqtədə bu dəfə Kanalesi yıxır. Növbəti cərimə zərbəsi olacaq
32. Çedek sarı vərəqə ilə cəzalanır
33. Sadiqovun yerinə yetirdiyi cərimə zərbəsi hədəfdən yan keçir
35. Seyidovun qapıya zərbəsini Amos tutur
36. "Neftçi" tam olaraq rəqibin qapısı qarşısındadı. İlk korneri qazanırıq. Amma müdafiəçilər topu uzaqlaşdırırlar
37. Seyidovun zərbəsi alınmır
42. Flavinyonun zərbəsi qapıdan yan keçir
44. Bertuççinin zərbəsi zamanı top qapının üstündən keçir
45. "Hapoel"in oyunda yaratdığı ilk təhlükəli qol vəziyyəti zamanı Roxetin zərbəsi qapıdan aralı keçir
45+1. Erik Ramos sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Müdafiəçilərin kobud səhvi sonrası Roxetin ötürməsini Badaş tora qovuşdurur - 1:1
50. Artıq "Neftçi" üçün ÇL nağılını bununla da bitmiş saymaq olar
55. Vobayın iti bucaq altında zərbəsi hədəfdən yan keçir
57. Gerziçiçin əvəzində meydana Ahmed Abed çıxır
58. Flavinyo sürətlə qapıya yaxınlaşıb qüvvətli zərbə endirsə də, qapıçı əla reaksiya ilə qola imkan vermir
58. Korner qol gətirmir
59. Kanales boş qapını nişan ala bilmir
60. Sadiqovun zərbəsi alınmır
61. "Neftçi" kornerdən yararlana bilmir
62. Bertuççinin zərbəsi qapıdan yan keçir
63. "Neftçi"də ilk əvəzləmə: Seyidovun əvəzində meydana C.İmamverdiyev çıxır
64. Badaşı Lençe əvəzləyir
67. "Neftçi"nin təhlükəli hücumu zamanı Vobayın zərbəsi müdafiəçilərdən dönür, Cavidin zərbəsi isə toru yandan silkələyir
68. Stamenkoviç topu kornerə çıxarmaqla komandasını qoldan xilas edir
69. Kornerdə müdafiəçilərimiz diqqətli oynadılar
72. "Hapoel" daha bir korner yerinə yetirdi
74. Flavinyonun baş zərbəsi qapının üstündən keçir
76. QOOOOL! Vobayın cinah ötürməsini Cavid başla tora qovuşdurur - 2:1
78. Tasevskini Elişa əvəzləyir
79. "Neftçi"də isə Mehdiyevi A.Abdullayev əvəzləyir
80. "Neftçi" kornerdən uğursuz yararlanır
82. Stamenkoviç komandasını real qoldan xilas edir
83. Bertuççi sarı vərəqə ilə cəzalanır
84. Cavid əla hücum zamanı dubl etmək şansını boşa verir
87. Arazın uzaqdan zərbəsini Amos kornerə çıxarır
88. "Neftçi"nin korner vuruşu uğursuz olur
89. Sadiqovun zərbəsi qapıdan azacıq aralı keçir
90. "Hapoel" qol vursa da, öncə ofsayd olduğu bildirilir
90+1. Saşanın qaytara bilmədiyi topu Lençe tora qovuşdurur - 2:2
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.