4 avqust 2012 14:36
Bakı üçün Aleksandr Kristiç
“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviçin bu komandadakı əsas köməkçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ona Aleksandr Kristiç kömək edəcək.
Qeyd edək ki, serbiyalı mütəxəssisin həmyerlisi olan Kristiç futbolçu karyerasını 1996-cı ildə bitirib. Vaxtilə bir çox klublarda çıxış etmiş hücumçu üçün “Bakı” məşqçilik fəaliyyətində ilk sınaq sayıla bilər. 50 yaşlı Kristiç Bandoviçin əsas köməkçisi funksiyasını yerinə yetirəcək.
Maraq üçün bildirək ki, Kristiçdən əlavə “Bakı”nın məşqçilər korpusunda yerli mütəxəssislərdən Qəhrəman Əliyev, həmçinin Radişa Miloslavliyeviç və Panayotis Balamatsias da yer alır. Sonuncu fiziki hazırlıq üzrə çalışdırıcıdı. Bandoviçin bu heyəti genişləndirməsi də istisna deyil.
