4 avqust 2012 02:05
Startda altı qolluq oyun (VİDEO, FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, ötən gün əvəzedicilərin çempionatında I turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici komandası “Dalğa Arena”nın yardımçı meydançasında AZAL-ı qəbul edib. Oyunun gedişində 0:2 hesabı ilə geriyə düşməsinə baxmayaraq, bu komanda qarşılaşmanı heç-həçə başa vura bilib (3:3).
