9 avqust 2012 01:38

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 28 kollektiv mübarizə aparırdı.

Bu iştirakçılar arasında Azərbaycan çempionu “Neftçi” də var idi. “Ağ-qaralar” ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Gürcüstan “Zestafoni”sinin aqibətini bu dəfə İsrail təmsilçisi “Hapoel”ə (Kiryat Şmona) də yaşatmaq iddiasındaydı. Lakin çox təəssüf ki, ilk oyunda böyük hesabla uduzan "ağ-qaralar" bu şansı demək olar ki, boşa vermişdilər. Bu üzdən də təmsilçimizin cavab oyununda sensasiyaya imza atması inandırıcı görünmürdü. Gözlənildiyi kimi, Bakıdakı görüşdə heç bir möcüzə baş vermədi və Azərbaycan çempionu ÇL ilə vidalaşmalı oldu.

"Neftçi" kimi, qardaş Türkiyənin "Fenerbahçe" klubu da ilk oyunda uğursuzluqla üzləşmişdi. Bu komanda da ev oyununda "Vaslui" klubuna məğlubiyyətdən son anda qurtula bilmişdi. Amma “sarı-lacıvərdlilər” evdə bacarmadıqlarını səfərdə həyata keçiriblər və darmadağınla növbəti mərhələyə vəsiqə qazanıblar.
 
Qeyd edək ki, bu mərhələni qalib başa vuran kollektivlər pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı daha bir mühüm şans əldə ediblər. Belə ki, pley-offda qələbə qazanan komandalar ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaqlarsa, məğlublar da birbaşa Avropa Liqasının qruplarında oynamaq fürsəti əldə edəcəklər. Elə ÇL-in üçüncü təsnifat mərhələsinin məğlubları da Avroliqanın pley-off mərhələsində mübarizə aparmaq şansına malikdilər. Hansı ki, "Neftçi" də belə bir şansa malikdi.
 
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunları)
7 avqust
 
Feyenoord (Hollandiya) - Dinamo (Kiyev, Ukrayna) - 0:1 (1:2)
Qol: İdeye, 90+5.
 
Debrecen (Macarıstan) - BATE (Belarus) - 0:2 (1:1)
Qollar: Mozolevski, 25, Volodko, 59.
 
8 avqust

Dudelange (Lüksemburq) - Maribor (Sloveniya) - 0:1 (1:4)
Qol: Mertelj, 80.
 
NEFTÇİ (AZƏRBAYCAN) - Hapeol (Kiryat Şmona, İsrail) - 2:2 (0:4)
Qollar: Vobay, 31, C.İmamverdiyev, 76 - Badaş, 50, L.Lençe, 90+1.
 
Helsingborg (İsveç) - Slask (Polşa) - 3:1 (3:0)
Qollar: Sorum, 43; 49; 67 - Dias, 31.
 
HJK (Finlandiya) - Celtic (Şotlandiya) - 0:2 (1:2)
Qollar: Ledli, 67, Samaras, 86.
 
Slovan (Çexiya) - CFR Cluj (Rumıniya) - 1:2 (0:1)
Qollar: Şural, 58 - Kapetanos, 45, Sougou, 90+4.
 
Ekranas (Litva) - Anderlecht (Belçika) - 0:6 (0:5)
Qollar: Klyestan, 9, Praet, 29, Yakovenko, 45+3, De Sutter, 47, Molins, 62, Fernando, 87.
 
Basel (İsveçrə) - Molde (Norveç) - 1:1 (1:0)
Qollar: Degen, 75 - Moström, 32.
 
Vaslui (Rumıniya) - Fenerbahçe (Türkiyə) - 1:4 (1:1)
Qollar: Nikulae, 15 - C.Erkin, 12, Kuyt, 71; 76, Sou, 90+2.
 
Brugge (Belçika) - Copenhagen (Danimarka) - 2:3 (0:0)
Qollar: Xordi, 24, Ocica, 66 - Yorgensen, 61, Bolanos, 78, Santin, 90+5.
 
Panathinaikos (Yunanıstan) - Motherwell (Şotlandiya) - 3:0 (2:0)
Qollar: Kristodolopulos, 50, Mavrias, 75, Sissoko, 83.
 
Dinamo (Zaqreb, Xorvatiya) - Şerif (Moldova) - 4:0 (1:0)
Qollar: Vida, 16, Beqiray, 34, Çop, 78, İbanes, 87.
 
Partizan (Serbiya) - AEL Limassol (Kipr) - 0:1 (0:1)
Qol: Junior, 23.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.