4 avqust 2012 16:43
Simurq daha bir transferi rəsmən bitirdi
“Simurq” daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu polşalı yarımmüdafiəçi Marçin Burhardı heyətinə qatıb. Artıq Zaqatala klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat da yayıb.
Xəbərdə bildirilir ki, 1 illik müqavilə imzalanan polşalı 9 nömrə altında çıxış edəcək və “Qəbələ” ilə matçda meydana çıxa biləcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu karyerasına vətəninldə – “Amika” klubunda başlayıb (2001-2005, 83 oyun, 7 qol). 2005-2006 mövsümündə Varşava “Legia”sına icarəyə (23 oyun, 47 qol) verilən futbolçu 2006-cı ildə bu komandaya transfer olunub (2006-2008, 22 oyun, 2 qol).
2008-ci ildə Polşanı tərk edən Burhard bir mövsüm (2008-2009) İsveçin “Norrköpinq” klubunda çıxış edib – 29 oyun, 5 qol. 2009-cu ildə Ukraynanın “Metallist” klubuna (7 oyun) keçən futbolçu 2010-da Polşa “Jaqelloniya”sına (Byalistok) icarəyə verilən (22 oyun, 1 qol) Martin 2011-ci ildə bu komandaya keçib. O, “Simurq”a gələnə qədər “Jaqelloniya”da 20 oyuna çıxaraq, 1 dəfə fərqlənib.
Burhard Polşa yığmasının sabiq üzvüdü. O, 2003-2005-ci illərdə milli komandada 10 oyun keçirərək, 1 qol vurub. Marçin millidəki yeganə qoluna 2003-cü ilin 11 dekabrında Maltanın qapısına vurub.
