4 avqust 2012 16:57
Neftçi – Hapoel matçının biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Hapoel" (Kiryat Şmona, İsrail) matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, azarkeşlər bilet almaq üçün aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşa bilərlər.
Satış nöqtələrinin ünvanları:
1.Park Bulvar Alış Veriş Mərkəzi
2.Metro Park Ticarət Mərkəzi
Yuxarıda göstərilən ünvanlarla yanaşı Fəvvarələr meydanında və şəhərin digər nöqtələrində səyyar satış həyata keçirilir. Biletlərin qiyməti 1 manatdır.
Qeyd edək ki, "Neftçi" - "Hapoel" qarşılaşması avqustun 8-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
