4 avqust 2012 19:36
Azərbaycan yığması Türkiyə üzərində qələbə qazandı
Çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Türkiyə yığması olub.
Qarşılaşma 6:5 hesabı ilə Bəhram Hətəmovun yetirmələrinin xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz ilk oyununu Almaniyaya qarşı keçirmişdi. Həmin görüş 3:2 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatmışdı.
