4 avqust 2012 21:18
Fuad İsmayılov: Sözlərim onlara təsir etmədi
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 1-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Bu mövsümə uğurlu start vermək istəyirdik. Hətta hesabı açmağa da nail olduq. Uşaqlara arxayınlaşmamağı tapşırmışdım. Lakin görünür mənim sözlərim onlara təsir etmədi. Nəticədə də iki kobud səhv buraxdıq. Buraxdığımız ilk qol zamanı oyunçularımız ofsayd olacağını düşünsələr də, oyun davam etdi. Belə başlanğıcı gözləmirdim”.
