4 avqust 2012 21:22
“Prinsipimiz gənc futbolçulara üstünlük verməkdi”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 1-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İyulun 10-dan məşqlərə başlamışıq. Prinsipimiz əsasən gənc futbolçulara üstünlük verməkdi. Oyunun başlanğıcında da göründü ki, futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. İlk qolu biz buraxsaq da, daha sonra komanda yaxşı oyun göstərdi və qalib gəldik”.
