4 avqust 2012 21:24
“İlk oyunda qalib gəlmək istəyirdik”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 1-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yeni mövsümdə hər kəsə uğurlar arzulayıram. İlk oyunda qalib gəlmək istəyirdik. Lakin 1 qol vurmağımıza baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, “Simurq” yaxşı komandadı”.
