4 avqust 2012 21:27
“Qəbələ kimi rəqiblə heç-heçə yaxşı nəticədi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 1-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk oyunlarla hər kəsi təbrik edirəm. Çətin, amma yaxşı oyun oldu. Qapımızdan top buraxdıqdan sonra əzmkarlıq göstərib hesabda tarazlığı bərpa etdik. “Qəbələ” kimi rəqiblə oyunda heç-heçə bizim üçün yaxşı nəticədi”.
