4 avqust 2012 21:58
Bernard Raab: Komandamdan razıyam
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 1-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın oyunundan razıyam. Əlbəttə, hələ çatışmazlıqlarımız da var. Amma növbəti oyunlara qədər bunları aradan qaldırmağa çalışacağıq. Hesab edirəm ki, bu gün heç kim xal itirmədi. Əksinə, hər iki komanda 1 xal qazandı”.
