4 avqust 2012 22:21
“Biz Sumqayıtdan daha yaxşı oynadıq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov ötən mövsümdən cəzalı olduğu üçün Premyer Liqanın 1-ci turunun “Sumqayıt”la oyununu onun köməkçisi Şakir Qəribov şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hesab edirəm ki, biz rəqibdən daha yaxşı çıxış etdik. Amma buraxdığımız iki səhv qapımıza vurulan qollarla nəticələndi. Bununla yanaşı komandamız bir neçə qol imkanından yararlana bilmədi. Komandada hələ anlaşma baxımından problemlərin qaldığı hiss olunur. Zamanla bu problemin aradan qalxacağını düşünürəm”.
